Haqqımızda
BMTİP-in Azərbaycandakı fəaliyyəti haqqında
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı fəaliyyəti 30 ilə yaxın bir müddəti əhatə edir. Azərbaycan müstəqilliyini qazandıqdan və BMT-nin üzvlüyünə qəbul edildikdən qısa müddət sonra – 1992-ci ilin payızında BMTİP Azərbaycanda öz nümayəndəliyini təsis etdi.
İlk vaxtlarda BMTİP-in Azərbaycandakı fəaliyyəti xüsusən Dağlıq Qarabağ münaqişəsindən zərərçəkənlər üçün erkən bərpa proqramının həyata keçirilməsinə yönəlirdi. Zaman keçdikcə, BMTİP-in Azərbaycandakı rolu ölkənin dəyişən ehtiyaclarına uyğun olaraq, uzunmüddətli sosial-iqtisadi inkişafa doğru yönəldi.
Azərbaycandakı fəaliyyəti çərçivəsində, BMTİP insanların seçimlərinin genişləndirilməsi və bərabərsizliklərin azaldılması üçün ölkənin zəngin neft ehtiyatlarından əldə etdiyi “qara qızıl” kapitalının insan kapitalının gücləndirilməsi məqsədilə istifadəsini maksimuma çatdırmaq məqsədilə qabaqcıl inkişaf modellərini özü ilə gətirir.
BMT-nin Azərbaycandakı bütün fəaliyyətləri üçün əsas proqramlaşdırma çərçivəsi 2016-cı ildə BMT ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında imzalanmış Birləşmiş Millətlər Təşkilatı - Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UN-Azerbaijan Partnership Framework (UNAPF)) sənədidir.
UNAPF Azərbaycanın “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2030-cu il Gündəliyində əksini tapan inkişaf ehtiyaclarına BMT-nin strateji cavab sənədidir.
BMTİP-in fəaliyyəti əsasən yoxsulluğun azaldılması, səmərəli idarəçilik və sülhyaratma, iqlim dəyişikliyi və təbii fəlakətlərin idarə edilməsi, eləcə də iqtisadi inkişafa yönəlir. BMTİP hökumətlərə DİM-ləri öz milli inkişaf planlarına və siyasətlərinə inteqrə etməkdə dəstək göstərir. Bununla bağlı işlər artıq aparılmaqdadır, belə ki, biz artıq Minilliyin İnkişaf məqsədləri çərçivəsində əldə olunmuş irəliləyişin sürətləndirilməsində bir çox ölkələrə dəstək göstəririk.
Azərbaycanda BMTİP-in iş proqramı Hökumətlə yaxın məsləhətləşmə yolu ilə hazırlanmış “2016-2020-ci illər üzrə Ölkə Proqramı Sənədi”ndə əks olunur. BMTİP-in hazırkı Ölkə Proqramı Sənədi UNAPF sənədinin nəzərdə tutulan beş nəticəsindən üçünə töhfə verir və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və DİM-lərlə uzlaşır.
Bu nəticələrə aşağıdakılar daxildir: 1) Dayanıqlı və inklüziv inkişaf və layiqli əmək; 2) Səmərəli idarəçilik üçün institusional potensialın gücləndirilməsi; 3) Enerji, ətraf mühit, iqlim dəyişikliyi və dayanıqlılıq.
Bizim nailiyyətlərimiz
BMTİP Azərbaycan hökumətinə idarəçilik və dayanıqlı inkişaf sahələrində dəstək göstərir və gənclərin iştirakı və qadın hüquqları kimi məsələlərdə fəaldır. BMTİP-in Azərbaycandakı Nümayəndəliyi 1992-ci ildən etibarən ölkənin sosial-iqtisadi inkişafına müxtəlif yollarla töhfə verməkdədir.
BMTİP hökumət və vətəndaşlıq cəmiyyəti ilə əməkdaşlıq yolu ilə, sosial cəhətdən təcrid olunmuş şəxslər və icmalar, o cümlədən gənclər, əlilliyi olan şəxslər, kənd yerlərində yaşayan qadınlar və məhbusların keyfiyyətli xidmətlərdən bərabər səviyyədə istifadə imkanlarını təmin edərək onların həyatlarını yaxşılaşdırılmasına şərait yaratmaq üçün innovativ layihələr hazırlayır və həyata keçirir. BMTİP artıq uzun müddətdir ki, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində fəal iştirak edir. BMTİP-in uğurlu Qadın Resurs Mərkəzləri Azərbaycanın 8 rayonunda fəaliyyət göstərir. Bu mərkəzlərdə yüzlərlə qadın biznesin qurulması üzrə təlimlər, peşə hazırlığı və yeni məşğulluq və gəlir imkanlarından yararlanır. BMTİP həmçinin ictimai fəal qadınların ictimai qruplar şəklində təşkilatlanmasına, eləcə də öz QHT-lərini qeydiyyatdan keçirməsinə və idarə etməsinə kömək edir.
BMTİP dövlət orqanlarının səmərəli şəkildə gender aspektlərini nəzərə alan və sübutlara əsaslanan siyasət sənədləri hazırlayıb icra etməsi məqsədilə onların potensialının gücləndirilməsinə dəstək göstərir. Hazırkı proqramlar peşə təhsili sisteminin müasirləşdirilməsinə, dövlət xidmətlərinin yenidən qurulmasına, elektron idarəçiliyin və gənclərin fəal iştirakının təşviqinə istiqamətlənir. Bu günə qədər, BMTİP dövlət qulluqçuları üçün rəqabətli işəgötürmə prosesinin, vətəndaşlar üçün “bir pəncərə” prinsipinə əsaslanan mərkəzləşmiş reyestrin və əsas dövlət qurumlarında şəffaflığın yaxşılaşdırılmasına yönələn yeni prosedurların tətbiqinə kömək edib. BMTİP Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun müasirləşdirilməsinə dəstək göstərir və vahid sərhəd idarəçiliyi alətləri vasitəsilə sərhəd və gömrük xidmətlərində idarəçiliyin səmərəliliyinin artırılmasına kömək edir. BMTİP həmçinin, ölkə ərazilərinin minalardan effektiv şəkildə təmizlənməsini təmin etmək üçün texniki və maliyyə yardımı göstərir.
BMT-nin qlobal inkişaf şəbəkəsi olan BMTİP yerli icmaların otlaqların və meşələrin dayanıqlı idarəetməsi üçün qərarvermə proseslərində iştirakı məqsədilə onları səlahiyyətləndirir və aqro-bizneslərin yerli bitki sortları hesabına genişləndirilməsi vasitəsilə fermerlərin gəlir mənbələrini gücləndirir. Kişi və qadınların konkret zəifliklərini nəzər almaqla gender aspektlərinə həssas yanaşan təbii fəlakətlərə hazırlıq proqramının tətbiqi və erkən xəbərdarlıq sisteminin yaradılması yolu ilə, iqlimlə əlaqəli daşqınlara qarşı icmanın dayanıqlılığı gücləndirilir. BMTİP ölkənin istixana effekti yaradan zərərli qazların emissiyasının azaldılması və nəqliyyat və tikinti sektorlarında enerjidən səmərəli istifadənin artırılması istiqamətindəki səylərinə dəstək göstərir. 2018-ci ildə BMTİP Azərbaycan Hökumətinə bütün Xəzər dənizi regionunda ilk dənizkənarı milli parkın yaradılmasında kömək etdi.
2030-cu il Gündəliyinə uyğun olaraq, BMTİP Hökumətə Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsində və prioritetləşdirilməsində, eləcə də ölkənin milli inkişaf planlarının DİM-lərlə uyğunlaşdırılmasında dəstək göstərir.
BMTİP-in Azərbaycandakı ölkə nümayəndəliyi həm də BMTİP-in ölkədə həyata keçirdiyi inkişaf tədbirlərinin icrasına könüllülüyü inteqrə edən BMT Könüllüləri (UNV) proqramını idarə edir.
10 mln
Əhali (Dünya Bankı, 2017)
16,650 ($)
Alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ÜMG, Dünya Bankının məlumatları, 2017-ci il
72 il
Doğulduqda gözlənilən ömür uzunluğu, Dünya Bankı (2017)
23
5 yaşadək uşaq ölümü göstəricisi (hər 1000 nəfər diri doğulana görə)/Dünya Bankının məlumatları, 2017
1
Təhsildə iştirak, ibtidai və orta (ümumi), gender pariteti indeksi (GPİ)
40.75
ÜDM (cari ABŞ dolları)
11.7
Meşə sahəsi (kv.km./min)
5.5
Quru və dənizdə mühafizə edilən ərazilər (ümumi ərazinin faiz göstəricisi)
5.04 %
İşsizlik səviyyəsi (Dünya Bankının məlumatları, 2018)