BMTİP Azərbaycanda dövlət qulluqçuları üçün İqlim Dəyişikliyinə Uyğunlaşma üzrə “Təlimçilər üçün təlim (ToT)” sessiyalarına başlayıb

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Ölkə Ofisi tərəfindən icra edilən və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən Milli Uyğunlaşma Planı (MUP) layihəsi çərçivəsində ADA universitetinin dəstəyi ilə 50 nəfərdən ibarət müvafiq dövlət qulluqçuları üçün iqlim dəyişikliyinə uyğunlaşma üzrə üç günlük “Təlimçilər üçün təlim (ToT)” sessiyaları başlayıb.

4 October 2024
a group of people sitting at a desk

Bakı, 26 sentyabr 2024-cü il. BMTİP Azərbaycan Ölkə Ofisi tərəfindən həyata keçirilən və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən Milli Uyğunlaşma Planı (MUP) layihəsi çərçivəsində ADA Universitetinin dəstəyi ilə 50 nəfərdən ibarət müvafiq dövlət qulluqçuları üçün iqlim dəyişikliyinə uyğunlaşma mövzusunda üç günlük “Təlimçilər üçün təlim” (ToT) sessiyalarına start verilib. Təlimlər iqlim dəyişikliklərinə uyğunlaşma mövzusunda dövlət qulluqçularının bilik və bacarıqlarını artırmaq və onları təlimçi kimi hazırlamaq məqsədi daşıyır.

Qeyd edək ki, bu təlim sessiyaları iyul ayında keçirilmiş iqlim dəyişikliyinə uyğunlaşma mövzusunda “Layihə idarəetməsi və maliyyə” və “Kənd təsərrüfatı” üzrə 2 günlük intensiv təlimlərin davamı olaraq həyata keçirilir. Həmin təlimlər çərçivəsində dövlət qulluqçuları iqlim dəyişikliyi ilə mübarizədə layihələrin idarəedilməsi və maliyyə məsələləri, eləcə də kənd təsərrüfatı sahəsində uyğunlaşma tədbirləri haqqında ətraflı məlumat və praktiki təcrübə əldə edib.

Hazırda keçirilən “Təlimçilər üçün təlim” sessiyaları isə dövlət qulluqçularına əldə etdikləri bilik və bacarıqları gələcəkdə həmkarlarına ötürmək və öz sahələrində iqlim dəyişikliyi mövzusunda effektiv tədbirlər görmək üçün əlavə imkanlar yaradacaq. Təlimlərin nəticəsi olaraq, dövlət qulluqçuları iqlim dəyişikliyinə uyğunlaşma üzrə təlimlər keçmək və strateji yanaşmalar formalaşdırmaq üçün lazım olan praktiki bacarıqlara yiyələnəcək. Bu, Azərbaycanın iqlim dəyişikliyinə uyğunlaşma siyasətinin inkişafında mühüm addım olacaqdır.

BMTİP Azərbaycan təlimlərdə iştirak edən dövlət qurumlarından olan bütün həmkarlara uğurlar arzu edir!

 

Media kontakt 

Hüseyn Daşpoladov, BMTİP Azerbaijan, +994 50 877 71 71, huseyn.dashpoladov@undp.org