BMTİP “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinə ümumi baxış” adlı material hazırlayıb

Overview of the Guiding Principles on Business and Human Rights

pdf (13.4MB)

Download

BMTİP “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinə ümumi baxış” adlı material hazırlayıb

22 June 2023

Həyata keçirdiyimiz "Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması" layihəsi çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilli (Ombudsman) Aparatı ilə birgə Birləşmiş Millətlər Təşkilatının “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinə ümumi baxış” adlı material hazırlanıb.

 

Material BMT-nin Insan Hüquqları Şurasının 17/4  saylı, 16 iyun 2011-ci il tarixli Qətnaməsi ilə qəbul edilmiş “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri”nin və 2016-cı il tarixli “Biznes və İnsan Hüquqlarına dair Milli Fəaliyyət Planları üzrə Təlimat”ının,  eləcə də İnsan Hüquqlarının Təşviqi və Müdafiəsi üzrə Milli İnstitutların Beynəlxalq Koordinasiya Komitəsi (ICC) 2010-cu il 10 oktyabr tarixli “Edinburq Bəyannaməsi”nin müddəalarına uyğun olaraq ərsəyə gəlib.

 

Materialının hazırlanmasında əsas məqsəd dövlət qurumları və şirkətlərin, eləcə də özəl şirkətlərin, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən digər hədəf qruplarının, ümumilikdə cəmiyyətin Rəhbər Prinsiplər və onların milli səviyyədə implementasiyası, qarşıda duran prioritet məsələlər, habelə bu sahədə Ombudsmanın fəaliyyəti və rolu barədə məlumatlılıq səviyyəsinin artırılmasından ibarətdir.